Şənbə, 04 May

"Şəhid ailəsi Əli Həsənovun və Vüqar Səfərlinin maxinasiyası ilə tikilmiş evlərəmi qalıb?" - MÖVQE

image

“Əli Həsənovun qılıncının dalı da, qabağı da kəsdiyi zaman mən Prezident adminstrasiyasına onun ədalətsiz ev bölgüsü ilə bağlı məktub ünvanlamışdım. Onsuz da mən  Əli Həsənov üçün yox idim, o, məktubdan sonra lap bitdim”.

Xəbər verilir ki, bu fikirləri Orxan Fikrətoğlu özünün facebook sıəhifəsində bildirib.

Onun sözlərinə görə, “Amma bu gün “daldan atılan daş” misalı danışanlara rəğmən ev mövzusuna toxunmayacam”.

Tanınmış publisist daha sonra yazıb:

“Azərbaycanda zatən hamı özünə və ətraflarındakı yaltaqlara işləyirlər. Bu, artıq aksiomdur. Və mən çənəmi daha yormuram.

Di gəl, o zaman da bu gün də daima ortada olan jurnalist maxinatorların əxlaqı məni bu gün bir daha heyrətləndirdi.

Jurnalist sexi Azərbaycanda peşədən savayı artıq hər zadı çox gözəl öyrənib. Belə tamah və belə işbazlıq əxlaqı bilmirəm daha hansı qədim  peşədə ola bilər?

Bakı balaca şəhərdir. Özünə “media kapitanları” deyənlərin, gizir və sıravilərin, əllərinin dünən kimlərin cibində olduğunu, bu gün hara girmək istədiyini də hamı yaxşı bilir.

Peşəyə doluşmuş maxinatorlar kimin vaxtında “uzaq mənzilli raket” kimi hara girib nəyə və nəylə yaltaqlanmağı da artıq bilirlər.

Belə ustalıqla bircə cümlə də yaza bilsəydilər.

Nəsə…

İndicə şəhid ailələrinə və qazilərə jurnalistlər üçün tikilmiş evlərdən birinin verilməsi təklifini oxudum…

Və sözün açığı şəhid ailələrindən utandım.

Bütün Azərbaycanı şəhid ailələrinə və qazilərə versək yenə azdır.

Səmimiyyətimə inanın.

Amma sizə elə gəlmirmi ki, biz bu müqəddəs adlar ilə belə artıq müasir əxlaq biclikləri ilə alver etməyə başlamışıq?

Şəhid ailəsi Əli Həsənovun və Vüqar Səfərlinin maxinasiyası ilə tikilmiş evlərəmi qalıb?

Kimlərinsə qütbləşmiş mübahisələrinə Azərbaycanın qeyrəti olan şəhid və qazilər də qatılmalıdırmı?

Şəhid ailələrinə və qazilərə evlər verilib ,verilir və veriıləcək də.

Jurnalistlər üçün tikilmiş evlərin tikintisində,bölgüsündə cinayət törətmiş şəxslər isə mütləq cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Müqəddəs şəhid və qazı adıyla məsuliyyətdən yayınmaq olmaz”.(konkret.az)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15